ONN media

Hindistanda nə baş verir?

Hindistanda nə baş verir?
31 Avqust 2019 - 10:53

Hindistanın şimal-şərqindəki Assam ştatında yaşayan 1.9 milyon insan Banqladeşə deportasiya edilə bilər.

ONN media xəbər verir ki, bu barədə NDTV informasiya yayıb.

Telekanalın məlumatına görə, sözügedən şəxslərin adları yerli hakimiyyət orqanlarının hazırladığı vətəndaşların milli reyestrindən yoxa çıxıb.

Sözügedən siyahıda 24 mart 1971-ci ilə – Banqladeşin müstəqilliyini əldə etməsinə qədər regionda məskunlaşmış insanların adları yer alıb. 35 milyon insanın yaşadığı Assam ştatının rəhbərliyi regiondakı miqrantların sayını dəqiqləşdirə bilmək üçün əhalinin yenidən qeydiyyatını aparıb.

Qeyd edək ki, Hindistan hökuməti vətəndaşlığını təsdiqləyə bilməyən insanlar üçün məhkəməyə müraciət hüququ tanıyıb və hüquqi proseslər tam başa çatmadan hər hansı addım atılmayacağına zəmanət verib. Bununla yanaşı hind köklərini təsdiqləyə bilməyən şəxslərin qonşu ölkəyə deportasiyası məsələsi də istisna edilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png