Nazirliyin adından saxta məlumat yayıldı
Bu gün Səhiyyə Nazirliyinin adından media qurumlarına və jurnalistlərə saxta məlumat göndərilib.
Nazirlikdən ONN media bildirilib ki, məlumatlar “[email protected]” meyl ünvanından yollanıb.
“Sentyabrın 2-də bir çox media qurumlarına və jurnalistlərə Səhiyyə Nazirliyinin adından meyl ünvanlanıb. Qeyd edirik ki, “[email protected]” meyl ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Nazirliyin rəsmi meyl ünvanı “[email protected]”dır”, – məlumatda bildirilib.