Pakistan və Hindistan arasında nə baş verir?

Pakistan hökuməti Hindistanla mədəni əlaqələri tam dayandırıb.

ONN media xəbər verir ki, bunu Pakistan Baş nazirinin informasiya məsələləri üzrə xüsusi müşaviri Firdus Aşik Avan deyib. O, İslamabadın Hindistanla planlaşdırılan müştərək tədbirləri ləğv edəcəyini bildirib.

Avan həmçinin Milli Təhlükəsizlik Şurasının Hindistanla bütün cəbhələrdə ideoloji mübarizə aparmaq üçün xüsusi idarənin yaradılması haqqında qərar qəbul etdiyini deyib.