Separatçılar Xankəndinə toplaşır- TƏXRİBAT TÖRƏDİLƏCƏK?

Qarabağda sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdəki erməni separatçılar Xankəndidəki meydanda toplaşmağa başlayıblar.

ONN media xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yazır.

Bildirilib ki, onlar azərbaycanlı aksiyaçıların bağladıqları yolu açmaq arzusundadırlar.