SOCAR adını dəyişdirdi

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji A.S” adını dəyişib.

ONN media xəbər verir ki, BMT TŞ-də ölkənin adının ilk dəfə olaraq “Türkiye” işlənməsindən sonra “SOCAR Turkey” də adını dəyişərək, “SOCAR Türkiye” olub.

Ad dəyişikliyi artıq qurumun saytında əksini tapıb. Saytda şirkətlə bağlı gedən köhnə yazılarda da şirkətin adı “SOCAR Türkiye” olaraq dəyişdirilib.

Amma saytın ingilisdilli versiyasında “Turkey” adı hələ də qalmaqdadır.