ONN media

Varan iti parçaladı, sahibini yaraladı

Varan iti parçaladı, sahibini yaraladı
16 Avqust 2019 - 18:38

Avstraliyanın Kvinslend ştatında varan iti öldürüb, yiyəsinə isə ciddi xəsarət yetirib.

ONN media xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır.

Bu kərtənkələ növü heyvana yiyəsinin Fleymtri yaşayış məntəqəsindəki evi qarşısında hücum çəkib. İtin 72 yaşlı yiyəsi yoldaşı ilə birlikdə köməyə gəldiyi zaman varan itdən əl çəkərək insanlara hücum edib. Qadını ayağından dişlədikdən sonra kişinin əl-ayağından yapışıb.

Sağ əlində sınıq ehtimalı və ayağında güclü qanaxma olan şəxs helikopterlə xəstəxanaya çatdırılıb. İt hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.

Varanlar – Afrika, Avstraliya və Asiyada yaşayan vəhşi kərtənkələlərdir. Kvinslenddə uzunluğu 2,5 metrə çatan, arxa pəncələri üzərində 40 km sürətlə qaça bilən zəhərli nəhəng kərtənkələlərə rast gəlmək olar. Onlar quyruğunun bir zərbəsi ilə böyük adamı yıxa da bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png