ONN İnformasiya Agentliyi

ABŞ Çinin görüş təklifini qəbul edəcək?

ABŞ Çinin görüş təklifini qəbul edəcək?
03 İyun 2022 - 21:19

Çin rəsmi olaraq iyun ayında Sinqapurda müdafiə nazirləri səviyyəsində ABŞ-ı görüşə dəvət edib.

ONN media xəbər verir ki, bu barədə “Röyters” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika tərəfi Pekin nümayəndələri ilə qarşıdakı təmaslar zamanı diqqəti iki ölkə arasında “rəqabətin idarə edilməsi”nə yönəltmək niyyətindədir.

Bildirilib ki, bu, iyunun 10-dan 12-dək Sinqapurda keçirilməsi planlaşdırılan “Şanqri-La Dialoq” Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələlərinə dair beynəlxalq konfransdır. Forum onlarla ölkədən olan nümayəndələrə müdafiə siyasəti sahəsində dünya liderləri ilə üzbəüz ünsiyyət qurmaq imkanı vermək üçün nəzərdə tutulub.

Qeyd edək ki, daha öncə Pentaqon rəhbəri Lloyd Ostin qarşıdan gələn forum zamanı çinli həmkarı Vey Fenqe ilə şəxsi görüşü səbirsizliklə gözlədiyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png