ONN İnformasiya Agentliyi

Əfqanıstanda 135 “talibançı” öldürüldü

Əfqanıstanda 135 “talibançı” öldürüldü
28 Aprel 2021 - 8:58

Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 130-dan çox silahlısı öldürülüb.

ONN media xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin xəbərində deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 135 “talibançı” öldürülüb, daha 92 silahlı yaralanıb.

Təhlükəsizlik qüvvələri həmçinin yol kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ xəbəri şərh etməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png