Əlaçılar ali məktəbə imtahansız qəbul ola bilər

Qanuna dəyişiklik peşə məktəbini əlaçı bitirənlərə ali məktəbə imtahansız qəbul olmaq imkanı yaradacaq.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

ONN media xəbər verir ki, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Qanuna dəyişikliklayihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.