ONN İnformasiya Agentliyi

Əsəd Həsənov 100 yaşında vəfat etdi

Əsəd Həsənov 100 yaşında vəfat etdi
16 Yanvar 2022 - 21:38

Qırğızıstanın Əməkdar inşaatçısı, İkinci Dünya müharibəsi veteranı, Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, soydaşımız Əsəd Həsənov 100 yaşında vəfat edib.

Əsəd Həsənov müharibə dövründə Krasnodar və Stavropolda hərbi əməliyyatlarda, Bryansk, Minsk, Karaçev, Varşava şəhərlərinin azad olunmasında iştirak edib, qələbəni Berlində qarşılayıb. 1930-cu illərdə yeniyetmə ikən valideynləri ilə Qırğızıstana sürgün olunan Ə.Həsənov müharibədən 16 orden və medalla qayıdıb.

Müharibədən sonra uzun illər Qırğızıstanın tikinti idarələrində rəhbər vəzifələrdə işləyib, Bişkek şəhərinin baş memarının müavini kimi məsul vəzifə tutub.

Təqaüdə çıxdıqdan sonra Ə.Həsənov Mədəniyyət Mərkəzi sədrinin müavini kimi böyük ictimai iş aparıb, Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultaylarının iştirakçısı olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png