ONN İnformasiya Agentliyi

14 dekabr Qədir Rüstəmovun vəfat etdiyi gündür

14 dekabr Qədir Rüstəmovun vəfat etdiyi gündür
14 Dekabr 2020 - 10:35

Unutmayaq, unutdurmayaq!

Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır.

14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png