ONN İnformasiya Agentliyi

20 mart Cəfər Cabbarlının doğulduğu gündür

20 mart Cəfər  Cabbarlının doğulduğu gündür
20 Mart 2023 - 10:35

Unutmayaq, unutdurmayaq.

20 mart (1989-1934) – dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi  Cəfər Qafar oğlu Cabbarlının doğulduğu gündür.

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirmişdir.

Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. 1916-cı ildə qələmə aldığı “Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir.

Cəfər Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Ulduz və ya Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür.

Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı.

C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. 1923-cü ildən başlayaraq C.Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir. “Qız qalası” 1922-1923-cü illərdə yazılmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazmışdır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.

C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayıb. 1931-ci ildə C.Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra vermişdir. Əsər xalqlar dostluğundan bəhs edir.

Cəfər Cabbarlı 31 dekabr 1934-cü ildə vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png