ONN İnformasiya Agentliyi

24 min manatlıq oğurluq: Üç nəfər SAXLANILDI

24 min manatlıq oğurluq: Üç nəfər SAXLANILDI
18 Mart 2022 - 23:10

Martın 16-da Şirvan şəhər ərazisindəki zavodun anbarından 24000 manat dəyərində təzyiqli hava aparatının əl tapançası, 10 ədəd yük avtomobilinin yanacaq filtiri, 20 metr mis naqil, avtomobil açar dəsti, 2 ədəd metal əritmə spiralı, 220 kiloqram mis hissə oğurlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Məmmədov, E.Bayramov və A.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png