ONN İnformasiya Agentliyi

27 mart Səməndər Rzayevin vəfat etdiyi gündür

27 mart Səməndər  Rzayevin vəfat etdiyi gündür
27 Mart 2023 - 10:40

27 mart   (1945-1986) – Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist, milyonların sevimlisi Rzayev Səməndər Mənsim oğlunun vəfat etdiyi gündür.

Səməndər Rzayev 1945-ci ildə anadan olub, 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.
Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Hətəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəlişah”, M.F.Axundzadə), Vaqif (“Vaqif”, S.Vurğun), Valentin, Fazil Küleyni (“İnsan”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Balaxan (“Aydın”, C.Cabbarlı), Əmir İnanc (“Qılınc və qələm”, M.Ordubadi), SezarRupf (“Böyük Romul”, F.Dürrenmatt), Bessemenov (“Meşşanlar”, M.Qorki), Qulamov (“Müdriklər”, A.Ostrovski), Kapitan (“Küləklər”, S.Rəhman), Doqberi, Kaliban (“Heç nədən hay-küy”, “Fırtına”, U.Şekspir), Qənimət, Muradov, Vahid (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, İ.Əfəndiyev), İkinci Reşad, Əmir (“İkinci səs”, “Fəryad”, B.Vahabzadə), Mazar bəy (“Közərən ocaqlar”, M.İbrahimov), Tərlan (“Sənsiz”, Ş.Qurbanov), Bəhram, Xudayar bəy, Eldar (“Şəhərin yay günləri”, “Sizi deyi b gəlmişəm”, “Sən yanmasan…”, N.Xəzri), Beryozin (“Daşqın”, A.Safronov) kimi rollarda çıxış edib.

S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə çəkilib.
27 mart 1986-cə ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png