3 ləvazimatla çiyələkli dondurma resepti

Tərkibi:
3 dondurulmuş banan
10-12 dondurulmuş çiyələk
1 çay stəkanı süd

Hazırlanması:
Banan və digər bütün meyvələrin əvvəlcədən dondurulması vacibdir.
Çiyələk, moruq və s kimi hər hansı bir yay meyvəsindən istifadə edə bilərsiniz.
Dondurulmuş meyvələri və südləri maşının içinə qoyub qarışdırın və kiçik qapaqlı qablarda uzun müddət dərin dondurucuda saxlaya bilərsiniz!

Nuş olsun!