ONN İnformasiya Agentliyi

5 uşaq anasını öldürüb zibil qutusuna atdılar

5 uşaq anasını öldürüb zibil qutusuna atdılar
16 May 2022 - 14:30

Şəhər zibilliyindən qadın meyiti tapılıb.

Şırnakın Silopi rayonu Başverimli qəsəbəsi yaxınlığındakı şəhər zibilliyində tullantı materialları toplayanlar üzü yanmış qadının cansız bədəni görüb polisə xəbər veriblər.

Hadisə yerinə gələn polis və tibbi ekspertlər tərəfindən edilən müayinədən sonra qadının bədəninin müxtəlif yerlərində 6 bıçaq yarası aşkar edilib.

Araşdırmalar zamanı cansız bədənin Silopi rayonunda yaşayan 5 uşaq anası olan 40 yaşlı Sakine Külterə aid olduğu müəyyən edilib.

Hadisə ilə bağlı aparılan əməliyyat istintaq tədbirləri nəticəsində 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png