ONN İnformasiya Agentliyi

Amarasdakı əski parçası götürüldü

Amarasdakı əski parçası götürüldü
23 Sentyabr 2021 - 16:17

Amaras monastırının üzərində Azərbaycan bayrağı qaldırılıb.

Bunu separatçıların “deputatı” Metakse Akopyan deyir.

Cütçü kəndi istiqamətində irəliləyən Azərbaycan Ordusu rus sülhməramlıları ilə danışıqlardan sonra geri çəkilib. Geri çəkilərkən Amaras monastırı üzərindən separatçıların qondarma “bayrağı”nın götürülməsini tələb ediblər.

Əski parçası monastırın üzərindən götürülüb, ruslar ermənilərə Ermənistan bayrağını asmağı təklif edib. Akopyan monastırda Azərbaycan bayrağının asıldığını deyir, lakin digər erməni mənbələr hazırda monastırda heç bir bayrağın olmadığını yazırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png