ONN İnformasiya Agentliyi

Ancelina Colidən etiraf

Ancelina Colidən etiraf
21 Aprel 2021 - 15:22

Hollivud ulduzu Ancelina Coli yeni açıqlaması ilə diqqət çəkib.

ONN media  bildirir ki, artıq bir neçə ildir aktrisalıqla yanaşı, rejissorluqla da məşğul olan sənətçi şəxsi həyatının karyerasına təsir etdiyini etiraf edib:

“Yeni işimi, yəni rejissorluğu çox sevirəm. Lakin son illər şəxsi həyatımda yaşadığım çətin və stress dolu günlər bu sahədəki fəaliyyətimə mənfi təsir edib. Buna görə də ev işləri görmək və uşaqlarımla daha çox vaxt keçirmək üçün yenidən aktrisalığa qayıtdım”.

57 yaşlı Coli bu sözləri deyərkən uzun illərdir keçmiş həyat yoldaşı Bred Pittlə olan boşanma prossesini nəzərdə tutub.

Xatırladaq ki, Ancelina ilə Bred xeyli müddətdir uşaqların qəyyumluğu ilə bağlı razılığa gələ bilmirlər (cütlüyün üç övladlığa götürdüyü və üç bioloji övladı var). İndi Ancelina məhkəməni qazanmaq üçün Pitt tərəfindən məişət zorakılığına qalmasına dəlillər təqdim etməyə hazırlaşır.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png