ONN İnformasiya Agentliyi

“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
08 Aprel 2022 - 11:33

“Atlant” əyləncə və istirahət mərkəzinin direktoru Tahir Qədəşovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.

ONN media xəbər verir ki, sahibkar dövlətə olan borcunu ödəmədiyi üçün onunla bağlı qərar verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində T.Qədəşova qarşı qaldırdığı iddia təmin olunub.

Məlum olub ki, “Atlant”ın sahibi ümumilikdə 18 min manat borcu ödəməkdən yayınıb.

Qeyd edək ki, T.Qədəşov ötən ilin avqustunda karantin qaydalarının pozulmasına şərait yaratdığı üçün polis tərəfindən saxlanılmışdı. Onun qohumu, eyni mərkəzin rəhbərlərindən biri Azər Qədəşov həbs edilmişdi.(“kriminalqafqaz”)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png