ONN İnformasiya Agentliyi

ATV-dən Zaurun verilişinin bağlanmasına MÜNASİBƏT

ATV-dən Zaurun verilişinin bağlanmasına MÜNASİBƏT
21 Aprel 2021 - 16:14

Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə ATV-də yayımlanan “Bizimləsən” verilişinin yayımının bir günlük dayandırılması barədə telekanal açıqlama yayıb.

ONN media  xəbər verir ki, telekanalın icraçı direktoru İsmayıl Həsənov Musavat.com-a açıqlamasında qurumun iradlarının nəzərə alınacağını bildirib:

“Verilişin dayandırılması və ATV kanalının qaydaları pozduğu haqqında mətn Milli Televiziya və Radio Şurasının qərar-qanunları çərçivəsində yerinə yetirilib. Biz qanunun tələblərini yerinə yetirəcəyik. Bu halların bir daha baş verməməsi üçün kanal rəhbərliyi tərəfindən kollektiv qarşısında tələblər qoyulacaq”.

Qeyd edək ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Bizimləsən” verilişi 22 aprel tarixində yenidən efirdə yayımlanacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png