ONN İnformasiya Agentliyi

Azərbaycan polisi erməni sürücünü cərimələdi

Azərbaycan polisi erməni sürücünü cərimələdi
18 Oktyabr 2021 - 22:32

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Zəngəzur (Sünik) rayonunun Azərbaycanla həmsərhəd olan Xınzirək kəndinin Syunetsi adlı sakini yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib.

ONN media xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir. “Uruda (Vorotan) gedirdim, məni türk (azərbaycanlı – red.) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm”, – o şikayətlənib.

Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.

Azərbaycanın yol polisindən Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər:

“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda onların avtomobilləri Gorus-Qafan magistral yolunda müsadirə olunaraq cərimə dayanacaqlarına aparılacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png