ONN İnformasiya Agentliyi

Azərbaycan Sosial Rifah Partiyasından Fransaya SƏRT BƏYANAT

Azərbaycan Sosial Rifah Partiyasından Fransaya SƏRT BƏYANAT
21 Yanvar 2022 - 16:08
Azərbaycan Sosial Rifah Partiyasından Fransaya SƏRT BƏYANAT

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Fransanın qərəzli mövqeyi və düşmənçilik münasibətini qınayan bəyanatla çıxış edib. 

Bəyanatda deyilir: 

“Azərbaycan Sosial Rifah Partiyası olaraq, Fransanın tutduğu qeyri obyektiv və qərəzli pozisiyanı şiddətlə qınayırıq! Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekresin qanunsuz şəkildə Azərbaycan torpağı olan Xankəndinə səfəri qəbuledilməzdir. ATƏT-in Misnk Qrupunun üzvü olaraq, rəsmi Paris obyektivlik nümayiş etdirməlidir. Amma Fransa 30 ilə yaxın davam edən münaqişə dövründə də, müharibə zamanı da, müharibədən sonra da açıq şəkildə ermənipərəst mövqeyini nümayiş etdirir, terrorçuya, işğalçıya dəstək olur. Bu qanunsuz səfər, Fransa tərəfindən Azərbaycana qarşı ilk qərəzli addımı deyil. Baxmayaraq ki, Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər, xanım Valeri Pekresin qanunsuz Azərbaycan torpaqlarına səfəri Fransa-Azərbaycan arasındakı əlaqələrə mənfi təsir göstərir. Eyni zamanda belə səfərlər  Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasına mane olur. Fransa həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malik olduğu halda, Azərbaycan torpaqlarına qanunsuz səfərlərə göz yummaqla,  Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərməsi ilə bağlı da sərt cavab verilməməsi də, özü özlüyündə Azərbaycana qarşı qərəzli mövqeyi nümayiş etdirir. Bu mövqe Fransanın siyasi elitasının məkirli mövqeidir. Rəsmi Paris siyasi dairələrin Azərbaycana qarşı düşmənçilik və açıq ermənipərəst münasibətlərinə son verməlidir. Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlığının qorunması isə ali vəzifəmiz olaraq qalacaq. Ölkəmizə qarşı Fransa kimi ikili standartlara xidmət edən mövqedən çıxış edənlərə Azərbaycanın regionda ədaləti bərqərar etdiyini xatırlatmaq gərəkir. Azərbaycan diplomatik müstəvidə də həmin ədalətin təmin olunması üçün əlindən gələni əsirgəməyəcək. Azərbaycan Sosial Rifah  Partiyası olaraq, Fransanın Azərbaycana yönələn və illərdən bəri davam edən, sistemli və silsilə xarakter daşıyan məkrli, qərəzli ermənipərəst davranışlarını qətiyyətlə pisləyir, ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələri suverenliyimizə və ərazi bütövlüyümüzə təhdid mahiyyəti daşıyan bu və buna bənzər anti-Azərbaycan qüvvələrinə qarşı barışmaz mübarizə aparmağa səsləyir, Azərbaycana qarşı açıq şəkildə aparılan məkirli siyasi kompanyaya qarşı mübarizə aparmağa səsləyirik!”

Azərbaycan Sosial Rifah PartiyasıMətbuat Xidməti21 yanvar 2022-ci il

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png