ONN İnformasiya Agentliyi

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: polis qadını öldürdü

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: polis qadını öldürdü
23 İyul 2021 - 12:27

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu Sabirabadda baş verən qətllə bağlı məlumat yayıb.

ONN media -ya daxil olan məlumatda deyilir:

“İyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəmnində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”.

xxx

Sabirabadda qətl hadisəsi baş verib.

Hadisə Sabirabad rayonunda qeydə alınıb.

Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Mübarək Azadə qızı Ağayeva naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png