ONN İnformasiya Agentliyi

Azərbaycanda məmur həbs edildi – BU ƏMƏLİNƏ GÖRƏ…

Azərbaycanda məmur həbs edildi – BU ƏMƏLİNƏ GÖRƏ…
31 Avqust 2021 - 11:30

Cari ilin avqust avqust ayının 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus 19000 manat pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun “Aztelekom” MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib.

İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png