ONN İnformasiya Agentliyi

Azərbaycanda polis yol qəzasında öldü

Azərbaycanda polis yol qəzasında öldü
14 Oktyabr 2021 - 13:00

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü – 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png