ONN İnformasiya Agentliyi

Azərbaycanda Ramazan bayramının vaxtı açıqlandı

Azərbaycanda Ramazan bayramının vaxtı açıqlandı
29 Mart 2022 - 15:42

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Ramazan bayramı ilə bağlı fətva verib.

ONN media xəbər verir ki, fətvada qeyd olunur: “Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin.

Allah Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Amin”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png