ONN İnformasiya Agentliyi

Azərbaycanlı iş adamı Manhettendə 5.5 milyon dollara üç mənzil aldı

Azərbaycanlı iş adamı Manhettendə 5.5 milyon dollara üç mənzil aldı
15 Dekabr 2021 - 13:13

Azərbaycanlı iş adamı Manhettendə iki binadan üç mənzil alıb.

ONN media xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, iş adamının adını açıqlamasa da, mənzillərin dəyərinin 5.5 milyon dollar olduğunu qeyd edib.

Qeyd edək ki, Manhetten ABŞ-ın Nyu-York şəhərinin 5 əsas bölgəsindən biridir, şəhərin mədəniyyət və ticarət mərkəzi sayılır. Burada bir çox məşhur muzeylər, universitetlər və turizm zonaları var. Bundan əlavə Birləşmiş Millətlər Təşkilatının baş qərargahı da Manhettendə yerləşir. 

Manhetten ABŞ-da iş yerlərinin sayına görə birinci yerdə durur. Nyu-York birjası və NASDAQ məhz buradadır. Manhetten adına ilk dəfə Robert Juetin səyahət dəftərində rast gəlinir. 1610-cı ilə aid bir xəritə də Manhettenin adı qeyd olunur. Manhetten lenap dilində “bir çox təpədən ibarət olan ada” mənasını verir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png