ONN İnformasiya Agentliyi

Azərbaycanlı Türkiyədə dəhşətli qəza törətdi

Azərbaycanlı Türkiyədə dəhşətli qəza törətdi
22 Sentyabr 2021 - 14:57

Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzaya səbəb olub.

ONN media xəbər verir ki, İsgəndər Qasımov adlı sürücü Afyonkarahisar-Antalya yolunda naməlum səbəbdən idarəetməni itirib.

Nəticədə onun idarə etdiyi yük maşını bir avtomobilə çırpılaraq yolun əks tərəfinə keçib, əvvəl traktora, daha sonra isə dörd maşına çırpılıb.

Bir neçə metrdən sonra dayanan zaman TIR-ın təkəri yanmağa başlayıb.

Dəhşətli qəza nəticəsində Mehmet Balon adlı bir nəfər ölüb, Mehmet Çakmak və Zeynəb Çakmak isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda xilasedicilər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğını söndürmək mümkün olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png