ONN İnformasiya Agentliyi

Azərbaycanlı xanım müğənni Türkiyədə gizli evləndi – FOTO

Azərbaycanlı xanım müğənni Türkiyədə gizli evləndi – FOTO
12 Noyabr 2021 - 12:34

Sosial şəbəkələr vasitəsilə məşhurlaşan, daha sonra Türkiyədə populyarlaşan müğənni Nahidə Babaşlı gizli ailə qurub. 

ONN media xəbər verir ki, sənətçi bir neçə ay öncə Türkiyə vətəndaşı Serkan Küçükceylanla ailə qurub. Cütlük pandemiya səbəbilə toy etməyib və nikah bağlayıb.

Nahidə Babaşlı evləndiyini gizlətməyi üstün tutub. Serkan Küçükceylan onunla birgə fotolarını izləyiciləri ilə bölüşsə də, ifaçı həyat yoldaşı ilə bağlı paylaşım etməyib.

Qeyd edək ki, Nahidə Babaşlı bu il keçiriləcək “Altın Kelebek” mükafatlarına “Azərbaycanın parlayan gənc ulduzu” kateqoriyasında namizəddir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png