ONN İnformasiya Agentliyi

“Azneft” İB “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib

“Azneft” İB “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib
21 Dekabr 2021 - 11:49

“Caspian Energy Club”un təşkil etdiyi sayca 6-cı “Caspian Business Award 2021” mükafatının təqdimetmə mərasimi keçirilib.

ONN media xəbər verir ki, mərasimdə SOCAR-ın “Azneft” İB “İlin neft və qaz hasilatçısı” nominasiyasında qalib elan edilib. Təqdimat mərasimində çıxış edən “Azneft” İB-nin baş mühəndisi – baş direktorun birinci müavini Rövşən Qarayev İstehsalat Birliyin baş direktoru Şahmar Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırıb, Birliyin ölkə iqtisadiyyatının, neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini, SOCAR-ın dəyərlərinə yeni dəyərlər qatdığını bildirib.

Rövşən Qarayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində yeni neft strategiyasının icrasına başlanılıb, “Əsrin müqaviləsi” bağlanaraq dünya dövlətləri ölkəmizə sərmayə qoymağa başlayıblar: “Azərbaycan günü-gündən güclənərək öz iqtisadiyyatını, ordusunu müasir tələblər səviyyəsinə çatdırıb. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əzmlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz dünyada tanınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun gücü ilə 44 günlük Zəfər savaşında torpaqlarımız azad edilib. Qarabağın parlaq gələcəyi, daha xoş günləri hələ irəlidədir”.

Qeyd edək ki, “Caspian Business Award 2021” mükafatı “Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında SOCAR-ın “Azəriqaz” İB-yə, “İlin qazma şirkəti” nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti mükafatlandırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png