ONN İnformasiya Agentliyi

Bəhram Bağırzadə Prezidentə təşəkkür etdi

Bəhram Bağırzadə Prezidentə təşəkkür etdi
16 Oktyabr 2021 - 21:37

Prezident İlham Əliyevin bu gün imzaladığı mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncamında məşhur “Bakılı oğlanlar” (Parni iz Baku) ŞHK (KVN) komandasının bir sıra üzvü də yer alıb.

ONN media  xəbər verir ki., Əməkdar artist Bəhram Bağırzadə “Tərəqqi” medalına layiq görülməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

“Bakılı oğlanlar” komandası adından danışmağa haqqım olmasa da, amma eyni zamanda bu komandanın sıravi üzvü olaraq komanda adından cənab Prezidentə təşəkkür etmək istəyirəm. KVN komandasının 30 illiyi, “10-luq Turniri”ndə qazandığımızın qələbənin 20-ci ildönümü ərəfəsində və 50 yaşıma az qalmış Azərbaycan Prezidentindən belə yüksək mükafat almaq böyük şərəfdir!

Cənab Prezident gördüyü böyük işlərlə bizi hər zaman sevindirir, bunun sayəsində Azərbaycan çiçəklənmiş və dünyanın ən uğurlu, təhlükəsiz, mübariz, etibarlı və stabil dövlətlərindən birinə çevrilmişdir. Amma ən böyük qürur və sevinci Azərbaycan Prezidenti və Ali Baş Komandanı bizə 2020-ci ildə bəxş etdi – tarixi standartlara görə ən qısa müddətdə torpaqlarımızı azad edən qalib ölkə olduq! 2021-ci il isə xalqı naminə yorulmadan çalışan, Azərbaycan mədəniyyətini və sənətini tərənnüm edən və inkişaf etdirən bir çox yaradıcı simalar üçün sevinc və qürur ilinə çevrildi. Mükafat təkcə əməyinizin bəhrələrinin tanınması deyil, həm də uzun illər sonraya böyük stimul, ən yaxşı motivasiya və güclü yaradıcı və vətəndaş enerjisidir! Cənab Prezident, əməyimə verilən bu yüksək qiymətə görə təşəkkür edirəm!

Hörmətlə, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə. Vətənə xidmət edirəm!”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png