ONN İnformasiya Agentliyi

“Bəli, söymüşəm, peşman da deyiləm”

“Bəli, söymüşəm, peşman da deyiləm”
07 May 2022 - 19:38

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib.
Maqsud Mahmudov son sözündə cinayət işi ilə bağlı zərərçəkmiş qismində tanınmış müğənnilər Vasif Məhərrəmli və Afət Fərmanqızına söyüş söyməsindən danışıb. Təqsirləndirilən şəxs hər iki müğənnini söydüyünü etiraf edərək dediklərindən peşman olmadığını deyib: “Bəli, söymüşəm. Peşman da deyiləm”.

Maqsud Maqsudov lombard epizodu ilə bağlı ittihamları qəbul etmədiyini bildirib.
Daha sonra prosesdə hökm elan olunub. Hökmə əsasən, Maqsud Mahmudov verilmiş ittihamlarla təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il azadlıqdan məhrum olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png