ONN İnformasiya Agentliyi

Bakı metrosunda sıxlıq: Sərnişinlərin ödənişi qəbul edilmədi

Bakı metrosunda sıxlıq: Sərnişinlərin ödənişi qəbul edilmədi
02 İyun 2022 - 9:30

“İnşaatçılar” metro stansiyasında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb. 

ONN media xəbər verir ki, səhər saatlarında metronun “İnşaatçılar” stansiyasında quraşdırılan ödəniş terminallarında yaranan nasazlıq sərnişinlərin narazılığına səbəb olub. Terminal sərnişinlərin pul əsginaslarını qəbul etsə də, ödəniş “BakıKart”ın balansına keçməyib.

Sərnişinlər metropoliten işçilərinə narazılıqlarını bildirərək ödənişin bərpa olunmasını tələb ediblər. Yaranan nasazlıq isə sərnişinlərin sıxlığına səbəb olub. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png