ONN İnformasiya Agentliyi

Bakıda əməliyyat: Maşından 20 kilodan çox narkotik çıxdı

Bakıda əməliyyat: Maşından 20 kilodan çox narkotik çıxdı
03 Yanvar 2022 - 13:34

Bakı sakininin avtomobilindən 20 kiloqramdan artıq narkotik götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Rəhimovun idarə etdiyi “Toyota ” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülmüşdür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png