ONN İnformasiya Agentliyi

Bakıda 18 yaşlı qız taksi sürücülərinə qarşı görün nə edib

Bakıda 18 yaşlı qız taksi sürücülərinə qarşı görün nə edib
19 Noyabr 2021 - 14:29

Daxili İşlər Nazirliyi taksi sürücülərini aldadan qadınla bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumata görə, bir neçə gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə məlumat paylaşılmışdır ki, Bakı şəhəri ərazisində yeniyətmə qız taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib. O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.

Onu da qeyd edək ki, S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png