ONN İnformasiya Agentliyi

Bakıda ana və övladı maşının altında qaldı – QORXUNC GÖRÜNTÜLƏR – VİDEO

Bakıda ana və övladı maşının altında qaldı – QORXUNC GÖRÜNTÜLƏR – VİDEO
02 Mart 2021 - 11:51

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.

ONN media  xəbər verir ki, gənc qadın məktəbli uşağın əlindən tutuaraq piyada keçidindən yolu keçməyə çalışır. Yolun bir hissəsini keçdikdən sonra dayanır və avtomobillərin gözləməsinə baxır. Daha sonra isə yolu keçmək istəyir. Bu zaman sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobilin sürücüsü piyadaları vurur. Hadisə nəticəsində ölən olmasa da hər iki piyada xəsarət alır.

Hadisəyə nəzər saldıqda avtomobillərin nizamlanmayan piyada keçidində dayanmadığının şahidi oluruq. “VAZ” avtomobilindən əvvəl bir neçə sürücü piyadaya yol verməyərək keçir. Nəticədə isə analoji qəza baş verir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirsə də neqativ hallar hələ də müşahidə edilməkdədir. “Şəhərdə intensivlik müşahidə olunan yerlərdə yol polisi əməkdaşları piyada keçidlərində belə xidmət aparır. Burada iki amil var. Həm hərəkətin intensivliyinin saxlanması, həm də piyadaların təhlükəsiz şəraitdə yolu keçməsini təmin etmək əsas məqsəddir. Eyni zamanda vaxtaşırı mətbuat vasitəsilə sürücü və piyadalara müraciətlər olunur. Onlara təhlükəsizlik qaydaları izah edilir.”

Vaqif Əsədov qeyd edib ki, yol polisi piyadavurma hadisələri ilə bağlı demək olar ki, gündəlik olaraq videogörüntüləri təhlil edir, əsas problemləri aşkar edərək əvvəlcədən tədbirlər görməyə çalışır. “Elə  dəfələrlə bu cür hadisələrin videogörüntüləri nümayiş olunur. Sürücü və piyadalara təlükəni əyani şəkildə göstəririk ki, nəticələr çıxarsınlar.”

Bölmə rəisi deyir ki, piyadavurma hadisələri daha çox keçidlər və onlara yaxın ərazilərdə baş verir. “Ötən il 13 piyadavurma hadisəsi məhz elə piyadanın günahı ucbatından baş verib. Nəticədə ölüm olmasa da ciddi xəsarətlə yekunlaşıb. Sürücülərə bir daha müraciət edərək demək istəyirəm ki, hərəkət etdiyi yolda piyada keçidinin görən zaman mütləq sürəti azaltsınlar. Hətta yolda heç kim olmasa da bir anlıq dayansınlar. Eyni zamanda piyadalar da avtomobilin dayandığını əmin olduqdan sonra yolu keçsinlər.”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png