ONN İnformasiya Agentliyi

Bakıda “Kalaşnikov”la maşını atəşə tutan polkovnik həbs edildi

Bakıda “Kalaşnikov”la maşını atəşə tutan polkovnik həbs edildi
20 Dekabr 2021 - 12:41

Bakıda avtomatla avtomobilə atəş açan sabiq polis rəisi məhkəmə qarşısına çıxarılıb.

Sabunçu rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Rza Hacıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Bakıda sabiq polis rəisinin tanışının avtomobilini atəşə tutması ilə bağlı xəbər vermişdik. 

Belə ki, dekabrın 16-da 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. 

R.Hacıyevdən “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. 

Onu da qeyd edək ki, R.Hacıyevlə Şirzad Quliyev şərik olublar.

Xatırladaq ki, R.Hacıyev keçmiş polis rəisi, təqaüddə olan polis polkovnikidir. O, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png