Bakıda məscid bərpa olunacaq: 3 milyon manat ayrıldı

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC “Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 776-cı məhəllədə yerləşən “Cümə məscidi”nin bərpa-gücləndirmə işləri”nin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “İxtisaslaşdırılmış Xüsusi Tikinti-Quraşdırma” MMC olub.

Qalib şirkətlə 2 881,728 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.