ONN İnformasiya Agentliyi

Bakıda musiqili atəşfəşanlıq olacaq

Bakıda musiqili atəşfəşanlıq olacaq
07 Noyabr 2021 - 15:32

Noyabrın 8-də Bakıda torpaqlarımızın işğaldan azad edilməsinə və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq.

ONN media xəbər verir ki, Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21:10-da Dənizkənarı Bulvarda başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png