ONN İnformasiya Agentliyi

Bakıda şöbənin həyətində qadının ərini bıçaqlaması barədə RƏSMİ AÇIQLAMA

Bakıda şöbənin həyətində qadının ərini bıçaqlaması barədə RƏSMİ AÇIQLAMA
09 Mart 2022 - 10:27

Daxili İşlər Nazirliyi Bakıda qadının ərini bıçaqlaması ilə bağlı məlumat yayıb.

ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib.

Daha sonra həmin şəxs polislər tərəfindən Şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib.Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilib.

Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onlarln izahatları alınıb. 

Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png