ONN İnformasiya Agentliyi

Bakıda şok hadisə: Dostları ilə halallaşıb maşını “KamAZ”ın altına sürdü

Bakıda şok hadisə: Dostları ilə halallaşıb maşını “KamAZ”ın altına sürdü
24 Noyabr 2021 - 16:48

Bakıda “Kamaz”ın altına girən “BMW” sürücüsü ilə bağlı şok detallar məlum olub.

ONN media xəbər verir ki, sosial şəbəkələrdə bildirilir ki, sürücü dostlarına zəng edərək halallaşıb və deyib ki, özümü maşının altına atmağa gedirəm. Daha sonra mobil telefonunu söndürüb. Binəqədi-Novxanı yolunda qarşı yola çıxaraq əvvəlcə yük maşını ilə toqquşub və sonra digər “Kamaz”ın altına girib. Hadisənin intihar olduğu ehtimal olunur. Dostları onu xilas etmək üçün ardınca gəlsələr də hadisə yerinə gec çatıblar. Sürücünün adının Nahid olduğu bildirilir.

Avtomobil zərbədən yanıb. Sürücünün cəsədini lukdan çıxarıblar. /avtosfer

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png