ONN İnformasiya Agentliyi

Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı bilindi

Bakıda vaksinasiyadan keçən təhsil işçilərinin sayı bilindi
10 İyun 2021 - 20:50

Bakıda 38 185 təhsil işçisindən 24 mindən çoxu vaksinasiya olunub.

ONN media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazirin sözlərinə görə, 4 620 nəfər yoluxduğu üçün, 3400 nəfər digər səbəblərdən, yəni xəstəlik, hamiləlik, antitel olduğu üçün vaksinasiya olunmayıb. 3000-ə yaxın şəxs həkimdən arayış gətirdiyi üçün peyvənd edilməyib, cəmi 2500 nəfər imtina edib.

“Hamının vaksinasiya olunmasını tövsiyə edirəm”- deyə, nazir vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png