ONN İnformasiya Agentliyi

Bakıya 50 iritutumlu avtobus gətirildi

Bakıya 50 iritutumlu avtobus gətirildi
22 Fevral 2022 - 13:38

Türkiyədən Bakıya 50 ədəd iritutumlu avtobus gətirilb.

Bu barədə ONN media Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, dövlət başçısının tapşırığına əsasən, ötən dövrdə paytaxta 1 000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67 %-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.

Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, özəl daşıyıcı şirkətlərdən biri Türkiyənin “OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.

Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 metr olmaqla, qoşqulu – 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.

“Avtobus parkının yenilənməsi ilə yanaşı, bu şirkətə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb”, – məlumatda qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png