ONN İnformasiya Agentliyi

Baxçalı: Əliyev uyğun görərsə, Şuşada bunu etmək istəyirik

Baxçalı: Əliyev uyğun görərsə, Şuşada bunu etmək istəyirik
16 Yanvar 2021 - 19:21

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada ibtidai məktəb açmaq arzusundadır.

ONN media xəbər verir ki, bu barədə MHP lideri özünün Tvitter səhifəsində paylaşım edib:

“Şuşanın inkişafı və burada yaşayan türk uşaqların gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu uyğun hesab edərsə, Şuşada şəxsən mənim təlimatımla Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquz fənn üzrə ibtidai məktəb inşa etmək hədəfimizdir. Bu məsələ ilə bağlı sahib olduğumuz bütün imkanlar səfərbər ediləcək və lazımi tədbirlər görüləcək”, – o bildirib.

Baxçalı məktəbin təməlinin 30 yanvarda qoyulmasını arzuladığını qeyd edib:

“Azərbaycanın Dövlət Himni 30 yanvar 1920-ci ildə qəbul edilib. Sözlərin müəllifi şair Əhməd Cavad, musiqisi isə Şuşada doğulan Üzeyir Hacıbəyovdur. İnşaasını arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyov ola bilər, təməli isə 30 yanvarda qoyula bilər”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png