ONN İnformasiya Agentliyi

BDU-nun 4 müəllimi koronadan vəfat edib?

BDU-nun 4 müəllimi koronadan vəfat edib?
11 Noyabr 2021 - 13:57

Son 2 gün ərzində Bakı Dövlət Universitetinin (BDU) 4 müəllimi dünyasını dəyişib. Filologiya fakültəsinin dosenti Tamilla Qurbanova 83 yaşında, Kimya fakültəsinin professoru Məhərrəm Məhərrəmov 84 yaşında, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Aşur Əliyev 75 yaşında, Filologiya fakültəsinin professoru Nizami Xəlilov 72 yaşında vəfat edib.

ONN media  xəbər verir ki, sosial şəbəkələrdə müəllimlərin ölüm səbəbinin koronavirus olduğu düşünülür.

Bununla bağlı saytımıza açıqlama verən BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib ki, vəfat edən müəllimlər arasında təkcə professor Nizami Xəlilov koronavirusdan dünyasını dəyişib:

“Dosent Aşur Əliyev ürək çatışmazlığından vəfat edib. Digər 2 müəllimin isə fərqli xəstəliklərdən vəfat etdikləri bildirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png