ONN İnformasiya Agentliyi

Birbank yenidən ən çox istifadə olunan platforma oldu

Birbank yenidən ən çox istifadə olunan platforma oldu
19 Yanvar 2022 - 21:15

Ölkənin ilk rəqəmsal bankı olan Birbank, 2021-ci ilin nəticələrinə görə ölkənin ən çox bəyənilən və istifadə edilən rəqəmsal platforması olub.

ONN media  xəbər verir ki, təqdim olunduğu 2018-ci ildən indiyədək bir sıra yerli və beynəlxalq mükafatlar alan, istifadəçilər tərəfindən tövsiyə olunan Birbank, öz liderliyini qoruyub saxlamaqdadır.

Bu dəfə iOS platformasında olan “Appstore”da 50 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,9-nu, Android platformasındakı “Play Store”da isə 140 mindən artıq istifadəçi tərəfindən 5 ulduzdan 4,8-ni məhz Birbank alıb. Bu da yüksək nəticə hesab olunaraq Birbank-ı öz seqmentinin ən yaxşısı olduğunu bir daha təsdiqləyir.

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png