Botoks effekti verən MASKA

Ev şəraitində hazırlanan maskalarla dərimizin yaşlanmasının belə qarşısını ala bilərik. 

ONN media botoks effekti yaradan maskanı xanım oxucularına təqdim edir.

Bir ədəd qaralmış banan, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qaymaq, 1 ədəd yumurta və 1 yemək qaşığı buğda nişastasını qarışdırın. Alınan məhlulu üzünüzə və boynunuza vuraraq 45 dəqiqə gözləyin. Daha sonra maskanı ovaraq çıxarıb, üzünüzü buzla masaj edin.

Xatırladaq ki, maskanı hər gün istifadə edə bilərsiniz.

Səidə