ONN İnformasiya Agentliyi

Bu gün Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür

Bu gün Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
21 Dekabr 2022 - 11:43

Unutmayaq, unutdurmayaq!

9 fevral (1946 – 2015) Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar Artisti  Ələsgər Məmmədoğlunun doğulduğu gündür.

Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.

Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda Şair (“Evləri köndələn yar”), Milis (“Yaşıl eynəkli adam”), Nökər (“Mehmanxana sahibəsi”), Narsatan (“Qatarda”, Gümrah (“Alov”) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino-jurnalının 20-yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu “Ömrun səhifələri”, “Xoşbəxtlik qayğıları”, “Bəyin oğurlanması”, “Tehran-43” və başqa bədii filmlərin də iştirakçısıdır.

Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir. Sənətkar uzun müddət idi qaraciyər xərçənginə yaxalanmışdır. Həmçinin onda qan təzyiqi və öd kisəsində problem də var idi. Bir müddət müalicə almışdır. Amma 21 dekabr 2015-ci ildə sənətkarın vəziyyəti ağırlaşdı. Edilən tibbi yardımlara baxmayaraq,bu istedadlı aktyor axşam saatlarında vəfat etdi. Ələsgər Məmmədoğlu 22 dekabr 2015-ci ildə “Qurd qapısı” qəbiristanlığında anasının yanında dəfn edilmişdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png