ONN İnformasiya Agentliyi

Bu gün Aydın Qaradağlının vəfat etdiyi gündür

Bu gün Aydın Qaradağlının vəfat etdiyi gündür
28 Yanvar 2023 - 14:18

Unutmayaq, unutdurmayaq!

28 yanvar (1929 – 1980) əfsanəvi Azərbaycan diktoru, Azərbaycan peşəkar diktorluq məktəbinin yaradıcısı, Azərbaycan SSR in əməkdar artisti Qaradağlı Aydın Çingiz oğlunun vəfat etdiyi gündür.

Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-dən Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunu. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur. 1961–1966-cı illərdə – M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyub. 1964-cü ildə Azərbaycan SSR əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülüb. 1966–1968-ci illərdə Dövlət Radiosunun Baş rejissor, 1970-ci ildə isə Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışıb.

Azərbaycan radiosunun “Qızıl fond”unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır.

1980-ci ilin 28 yanvar tarixində dünyasını dəyişmişdir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png