ONN İnformasiya Agentliyi

Bu gün Yusif Məmmədəliyevin vəfat etdiyi gündür

Bu gün Yusif Məmmədəliyevin vəfat etdiyi   gündür
15 Dekabr 2020 - 15:29

Unutmayaq, unutdurmayaq!

Yusif Məmmədəliyev 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir qədər sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. O, İrəvan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.

1942-ci ildə kimya elmləri doktoru (“Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi” mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.

Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png